Cümə axşamı, 21 Mart 2019 16:19

ABŞ müsəlmanlarının nümayəndəsi Novruz münasibəti ilə iranlıları təbrik edib

ABŞ müsəlmanlarının nümayəndəsi Novruz münasibəti ilə iranlıları təbrik edib

ABŞ nümayəndələr palatasının müsəlman üzvü Novruz bayramı münasibəti ilə İranlı-amerikan cəmiyyəti təbrik edib və bütün dünya üzrə sülh və rifaha ümidvarlığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, İlhan Ömər tvitter səhifəsində yazıb: Bayramınız mübarək! iranlı-amerikan cəmiyətin və Novruz bayramını qeyd edən hər kəsin sevincli ilə daxil olduğunu arzulayıram. 

ABŞ konqresi nümayəndələr palatasının hicablı üzvü yazıb: Biz 1398-ci ilə və baharın ilk gününə daxil olarkən bütün dünya üçün sülh və rifah gözləyirik.

Bu mesaj istifadəçilər tərəfindən geniş qarşılanıb və nümayəndələr palatasının bu üzvünə sülh carçısı ləqəbi verilib.

Şərh yaz


Məxfi kod
Yenilə