Cümə, 22 Fevral 2019 19:10

Pakistan Zahidan terror hücumu barədə İranla həmkarlığa hazırdır

Pakistan Zahidan terror hücumu barədə İranla həmkarlığa hazırdır

Pakistanın xarici işlər naziri deyib ki, İslamabad İranın Sistan və Bəluçestan vilayətində baş vermiş son terror hücumu barədə İranla hər cür həmkarlığa hazırdır.

Şah Mahmud Qureyşi Pakistanın "Donya Nyus" xəbər kanalı ilə müsahibədə əlavə edib: İslamabad İranın cənub-şərqindəki Sistan və Bəluçestan vilayətində baş vermiş terror hücumunu pisləyir və bu xüsusda Tehranla təmasdadır.

Şah Mahmud Qureyşi vurğulayıb: İran və Pakistan müştərək həmkarlıq haqda razılaşıblar və İslamabad da mütləq iranlı tərəfin nigarançılıqlarını aradan qaldıracaq və bütün ixtilafları həll edəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə