Cümə, 22 Fevral 2019 11:57

ABŞ və Türkiyə amerikalı hərbçilərin Suriyadan çıxmaları haqda razılaşıblar

ABŞ və Türkiyə amerikalı hərbçilərin Suriyadan çıxmaları haqda razılaşıblar

Türkiyə və ABŞ prezidentləri amerikalı hərbçilərin Suriyadan çıxmaları tərzi haqda razılaşıblar.

Türkiyə və ABŞ prezidentləri- Rəcəb Tayyıp Ərdoğan və Donald Tramp dünən bir telefon söhbətində razılığa gəliblər ki, Amerika hərbi qüvvələrinin Suriyadan çıxmaları iki ölkənin ortaq maraqları əsasında baş versin.

Bundan öncə Türkiyə prezidenti Amerika dövlətində qərarçıxarmada heç bir ahəngdarlığın olmadığını vurğulayaraq, demişdi ki, Ağ Ev Suriyadan çıxmaq barədə vahid bir nəzər yaratmağa qadir deyildir.

Amerika prezidenti 2018-ci ilin dekabrında bildirdi ki, iki min amerikalı hərbçini Suriyadan çıxaracaq.

Trampın bu mövqeyi daxili partiyaların mənfi reaksiyası ilə üzləşdi və sonda ABŞ prezidenti Suriyadan çıxma müddətini dörd ay etdi.

Suriyadakı böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə terror qruplarının geniş hücumları ilə başlandı, amma Suriyanın ordusu və xalqının səyi ilə bu fitnə uğursuz qaldı.

Şərh yaz


Məxfi kod
Yenilə