Cümə, 22 Fevral 2019 11:41

Yeni Dehli-İslamabad gərginliyi artıb

Yeni Dehli-İslamabad gərginliyi artıb

Pakistan milli təhlükəsizlik şurası bu ölkə ordusuna göstəriş verib ki, özünü Hindistan tərəfindən atılacağı ehtimal olunan hər hansı bir addıma hazırlasın.

İslamabad Yeni Dehlinin Pakistanın su haqqını bağlamasından bir neçə saat sonra Pakistan ordusuna göstəriş verdi ki, hazır vəziyyətə gəlsin və Hindistan tərəfindən atılacaq hər hansı bir addıma hazır olsun.

Hindistan dövləti keçən cümə axşamı günü Kəşmir məntəqəsindəki bir hücum zamanı öz hərbçilərindən 44 nəfərin öldürülməsindən sonra Pakistanı bu hücumda əli olmaqda ittiham etdi və ona reaksiyada Hindistandan bu ölkəyə axan çaylardan Pakistanın su haqqını kəsdi.

Ötən cümə axşamı günü Hindistanın nəzarəti altında olan Kəşmirin Pulvama məntəqəsində bu ölkənin təhlükəsizlik qüvvələrinin hərəkəti yolunda bir bombanın partlaması nəticəsində 44 hərbçi öldü, onlarla nəfər də yaralandı.

Hindistan dövləti Pakistanı bu hücumda əli olmaqda ittiham etsə də İslamabad onu rədd edir.

Şərh yaz


Məxfi kod
Yenilə