Çərşənbə axşamı, 19 Fevral 2019 13:53

Avropa Şurası Yunanıstanda mühacirlərin qarışıq durumuna etiraz edib

Avropa Şurası Yunanıstanda mühacirlərin qarışıq durumuna etiraz edib

Avropa Şurasının anti-işgəncə komitəsi Yunanıstanda qanunsuz mühacirlərin saxlanılması şəraitinə etiraz edib.

Avropa Şurasının anti-işgəncə komitəsi dünən bir hesabatda bir daha polisin sığınacaq istəyənlərlə pis rəftarı haqdakı mötəbər sözlərə toxunaraq, Yunanıstanda mühacirlərin standartlardan çox-çox aşağı olan həbs şəraitinə etiraz edib.

Bu orqan öz hesabatında yunan rəsmiləri tərəfindən azadlıqdan məhrum edimiş xaricilərin ləyaqətlərinin qorunması və onların insani rəftarlarının vacibliyini qeyd edib.

Avropa Şurasının anti-işgəncə komitəsinin ekspertləri öz hesabatlarında bildiriblər ki, Yunanıstanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən sərhəd stansiyaları və polis komisarlıqlarının bir çoxundakı həbs şəraiti standartlardan qat-qat aşağıdır və xaricilər gecəni iki, son dərəcə çirkli və iyrənc kamerada keçirirlər.

Bu komitə həmçinin Afinadan istəyibdir ki, miqrantların saxlanıldıqları mərkəzlər barədəki siyasətini yenidən nəzərdən keçisin.

Avropa Şurasının anti-işgəncə komitəsi 2007-ci ildə də Yunanıstanda miqrantların saxlanılmaları şəraitini qəbuledilməz adlandırmışdı.

Şərh yaz


Məxfi kod
Yenilə