Çərşənbə axşamı, 19 Fevral 2019 10:02

Moqerini: Avropa BMT-nin Suriya böhranının həlli üzrə səylərini himayə edir

Moqerini: Avropa BMT-nin Suriya böhranının həlli üzrə səylərini himayə edir

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, bu birlik Suriyada BMT-nin nəzarəti altında olan siyasi prosesə dəstək verir.

Federika Moqerini Avropa Xarici Əlaqələr Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bu şuranın dünənki danışıqlarının nəticələrini şərh edərək, deyib: Bu iclasda mühüm regional və beynəlxalq məsələlər, o sıradan Suriya, Fələstin, Ukrayna, Şimali Afrika və Venesuela məsələləri araşdırıldı.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Suriya barədə isə belə deyib: Biz Suriyada BMT-nin nəzarəti altında olan siyasi prosesə dəstək veririk. Biz BMT-nin Təhlükəsizlik Şurasında əlaqədar qətnamələrin icrasını, həmçinin Suriyanın bərpasına dəstək və bərpa işlərinin BMT-nin nəzarəti altında olan siyasi prosesin başlanması ilə əlaqələndirməsi üçün işin hazırlanmasını istəyirik.

Moqerini Venesuela barədə isə belə deyib: Bu həftə Avropa Birliyi və Uruqvayın sədrliyi altında Karakasa bir heyət göndərmək niyyətindəyik.

Şərh yaz


Məxfi kod
Yenilə