Bazar ertəsi, 18 Fevral 2019 22:12

Taliban Əfqanıstanda polisə hücum edib 7 nəfəri öldürdü

Taliban Əfqanıstanda polisə hücum edib 7 nəfəri öldürdü

Taliban yaraqlıları Əfqanıstanın şimalındakı Bəlx vilayətinin Çemtal rayonundakı polis bölməsinə hücum edib.PressTV

Bəlx Polis İdarəsinin sözçüsü Adilşah Adil jurnalistlərə açıqlama verərək, yaraqlıların Çemtaldakı polis bölməsinə etdiyi hücumda 7 polisin həyatını itirdiyini söyləyib.

 Hücumdan sonra baş verən qarşıdurmada Taliban təşkilatının itki verdiyini qeyd edən Adil, dəstək qoşunlarının bölgəyə gəlməsilə yaraqlıların geri çəkildiyini bildirib.

 Talibandan verilən açıqlamada isə, hücumda öldürülən polislərdən ikisinin komandir olduğunu iddia edib.

Şərh yaz


Məxfi kod
Yenilə