Bazar ertəsi, 18 Fevral 2019 13:58

Münxen Təhlükəsizlik Konfransının yekunları ümidverici olmayıb

Münxen Təhlükəsizlik Konfransının yekunları ümidverici olmayıb

Təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən növbəti konfrans dünən başa çatıb.

Konfransın rəhbəri, keçmiş alman diplomatı Volfqanq İşinger bu tədbirin yekunlarının heç də ümidverici olmadığını bildirib. V. İşinger deyib: “Əvvəlki illərdə bu konfransı “Uçurumun kənarına doğru və geriyə” adlandırarkən düşünürdük ki, bu, bəlkə də mübaliğədir. İndi isə iştirakçıların əksəriyyətinin fikrincə, burada həqiqətən problem var”.

 Daha bir siyasətçi – Münxen Təhlükəsizlik Konfransının qocaman iştirakçılarından biri, Estoniyanın keçmiş prezidenti Xendrik İlves qeyd edib ki, Atlantika arasında ayırıcı xətlər sərtləşib. Halbuki Münxen konfransı Avropa ilə ABŞ, arasında dialoq platforması kimi təsis edilib. “ABŞ-ın indiki administrasiyası bu ölkəyə etimadı alt-üst edib. Onu yenidən qurmaq lazım gələcək”, - deyən İlves daha sonra əlavə edib ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın heç bir prezidenti Avropaya qarşı qərəzli əhval-ruhiyyəli olmayıb.

 Rusiyanın ABŞ-dakı keçmiş səfir Sergey Kislyak isə konfransın yekunlarını belə şərh edib: “Nəticə əldə etmək arzusu yox idi”. /Musavat.com/

Şərh yaz


Məxfi kod
Yenilə