Bazar ertəsi, 18 Fevral 2019 13:57

Hindistan tam olaraq Pakistanı təcrid etmək qərarına gəlib

Hindistan tam olaraq Pakistanı təcrid etmək qərarına gəlib

Cammu və Kəşmir ştatlarında baş vermiş partlayış nəticəsində 44 nəfərin həlak olmasından sonra, Hindistan Pakistanı tam olaraq təcrid etmək qərarına gəlib.

"lenta.ru" agentliyinin   verdiyi xəbərə görə, bu haqda Hindistanın Maliyyə Nazirliyinin rəhbəri Arun Cetli bildirmişdir. Onun sölərinə görə, Nyu-Dehli İslamabadla iqtisadi əlaqələrini ləğv etmək niyyətindədir.

 "Xarici İşlər Nazirliyi Pakistanı beynəlxaq ictimaiyyətdən uzaqlaşdırmaq üçün mövcud olan diplomatik əlaqələrdən istifadə edəcək",- deyə Cetli bildirmişdir.

 Bundan əvvəl, Hindistanın baş naziri Narenda Modi, olunan hücumla bağlı Pakistana cavab verəcəyində qətiyyətli olduğunu bildirmişdir. O, qonşu ölkənin, Hindistanda stabilliyi pozmağa icazə verməyəcəyini bildirmişdir.

 14 fevral tarixində Hindistanın polisin ehtiyyat qüvvələrinə qarşı terror hücumu olmuşdur. Terrorçu bomba yerləşdirilmiş maşını hərbçiləri daşıyan avtobusa çırparaq partlatmşdır. Nəticədə 44 nəfər həlak olmuşdur. Hindistan hakimiyyətinin dediyinə görə, Pakistanın terrorda iştirakı haqda dəqiq sübutlar mövcuddur.

Şərh yaz


Məxfi kod
Yenilə