Bazar, 17 Fevral 2019 12:37

İki amerikalı senator Rusiyaya qarşı yeni sanksiya layihəsi təqdim edib

İki amerikalı senator Rusiyaya qarşı yeni sanksiya layihəsi təqdim edib

İki amerikalı senator Rusiyaya qarşı yeni sanksiya layihəsi təqdim edib.

Demokrat senator Robert Menendes və respublikaçı senator Lindsi Qrem öz layihələrində Rusiyanın energetika sektoruna, rus siyasi şəxsiyyətlərə və onların ailələlərinə qarşı maliyyə sanksiyaları nəzərdə tutublar.

Bu senatorlar Rusiyanın Suriya və Ukraynada hərbi əməliyyatları və 2016-cı il Amerika prezident seçkilərinə müdaxiləsinə dair iddialarını Moskvaya qarşı yeni sanksiyaların tətbiqi üzrə öz səylərinin dəlilləri adlandırıblar.

ABŞ senatı ötən çərşənbə günü də Rusiyanın xarici layihələrinə, kibernetika bölməsinə və bu ölkənin borclarına qarşı yeni məhdudiyyətlər tətbiq etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Vaşinqtonun sanksiyamehvərli rəftarı ilə mübarizəyə hazır olduğunu vurğulayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə