Bazar, 17 Fevral 2019 12:35

Amerikalı yazar: Milli fövqəladə vəziyyət Trampın axmaqlığıdır

Amerikalı yazar: Milli fövqəladə vəziyyət Trampın axmaqlığıdır

Bir amerikalı yazar ABŞ prezidentini bu ölkədə milli fövqəladə vəziyyət elan edən ağılsız bir şəxs adlandırıb.

Respublikaçılar partiyasından olan yazar və siyasi icmalçı En Koulter Amerika prezidenti Donald Trampın bu ölkədə fövqəladə vəziyyət elan etməsi xəbərinə münasibət bildirərək, onu bir axmaq adlandırıbdır.

Bu amerikalı siyasi icmalçı əlavə edib: Tramp unudubdur ki, hər gün və hər çıxışında verdiyi vədləri ilə öz qəbrini qazır.

Koulter elə bir halda Trampı axmaq adlandırıbdır ki, 2016-cı ildə ona dəstək istiqamətində bir kitab yazmışdı.

Amerika prezidenti cümə günü bu ölkədə milli fövqəladə vəziyyət elan etdi ki, bu yolla Meksika ilə sərhəddə divar inşası və özünün bu seçki vədinə əməl etmək üçün lazım olan büdcəni təmin etmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə