Şənbə, 16 Fevral 2019 17:27

Bir alman qəzeti: Səudlar tənqidlərin qorxusundan Münhenə gəlməyiblər

Bir alman qəzeti: Səudlar tənqidlərin qorxusundan Münhenə gəlməyiblər

Ərəbistanlı tənqidçi jurnalistin qətli barədə tənqidlərdən nigarançılıq, bu ölkənin xarici işlər üzrə müşavir nazirinin Münhen təhlükəsizlik konfransında iştiraka göz yummasına səbəb olubdur.

“Di Velt”( Die Welt) alman qəzeti yazıb: Səudiyyənin xarici işlər üzrə müşavir naziri Adil Əlcubəyr elə bir halda Münhen təhlükəsizlik konfransında iştirak etməmək qərarına gəlibdir ki, səudlar üçün bu konfransda iştirak və xüsusən öz anti-İran siyasətlərinin davam etdirilməsi üçün onun imkanlarından istifadə əlverişli bir fürsət sayılırdı.

“Di Velt” əlavə edib: Deyəsən, Ərriyadın Qaşıqçının qətlinə qarşı beynəlxalq etirazların şiddətlənməsindən nigarançığı gözləniləndən yuxarıdır.

Bu alman qəzeti yazır: Münhen təhlükəsizlik konfransı əslində Qaşıqçının biabırçı qətli macarəsından sonra bir səud təmsilçinin Almaniyada ilk iştirakı hesab olunur, amma sanki səudlar avropalı rəsmilərin geniş tənqidləri ilə üzləşməyin və sual altına düşməyin yerinə, evdə qalmağa və sonrakı fürsətlərə ümid bəsləməyə üstünlük veriblər.

Səud rejimini tənqid edən Camal Qaşıqçı oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra itkin düşdü.

Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət oktyabrın 19-da Qaçıqçının bu konsulluqda qətlə yetirdiyini etiraf və təsdiq etdi.

Kəşfiyyat orqanlarının, o sıradan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin hesabatları səud vəliəhdi bin Salmanın bu faciəli qətldə əlinin olmasından söz açır.

Şərh yaz


Məxfi kod
Yenilə