Çərşənbə, 23 Yanvar 2019 10:58

İtaliyanın daxili işlər nazirindən Makrona gözlənilməz hücum

İtaliyanın daxili işlər nazirindən Makrona gözlənilməz hücum

İtaliyanın daxili işlər naziri çərşənbə axşamı diplomatik qaydalardan kənar bir hərəkətdə, deyib: Ümidvaram Fransa xalqı özünü prezidenti Emanuel Makronun şərrindən xilas edə bilsin.

İRİB-nin verdiyi məlumata görə, Matteo Salvini italyanları qanunsuz immiqrantlara qarşı daha qonaqpərvər olmağa dəvət edən Emanuel Makronu "pis prezident" adlandırıb və fransızların Avropa Parlamenti seçkilərində Fransanın Milli Birlik partiyasının sədri Marin Lüpənə səs verəcəklərinə ümidvar olduğunu deyib. 

İtaliyanın daxili işlər naziri əlavə edib: Fransa xalqı 26 mayda keçiriləcək seçkilərdə Makronun şərrindən xilas olmaq, öz taleyi və gələcəyini öz əlinə almaq şansına malikdir. 

İtaliyanın baş nazir müavini və əmək və iqtisadi inkişaf naziri də bazar günü axşam Fransanın müstəmləkəçi ölkə adlandıraraq, Fransanın cəzalandırılmasını istəyib. 

Luici Di Maio deyib: Bəzi Avropa ölkələrinin o cümlədən Fransanın Afrikadakı müstəmləkəçilik siyasəti bu gün Avropanın immiqrant böhranı ilə üzləşməsinə səbəb olub. 

Di Maio-nun bu sözləri İtaliyanın Parisdəki səfirinin Fransa Xarici İşlər Nazirliyinə çağırılmasına səbəbo lub. 

Qanunsuz immiqrantlar mövzusu hazırda İtaliya və Fransa arasında ən ixtilaflı məsələyə çevrilib. 

İtaliya Avropalı şəriklərini o cümlədən Fransanı 2013-cü ildən bəri İtaliyaya daxil olan 700 min qanunsuz immiqrant qarşısında tək qoymaqda və heç bir yardım əli uzatmamaqda ittiham edir. 

Şərh yaz


Məxfi kod
Yenilə