Cümə, 18 Yanvar 2019 15:59

BMT Sudandakı repressiyadan nigarançılıq edib

BMT Sudandakı repressiyadan nigarançılıq edib

Sudanlı etirazçılar əl-Bəşir rejiminin devrilməsinədək aksiyaların davam edəcəyini vurğulayıblar.

Sudan dövləti müxaliflərindən çoxlu sayda aksiyaçı dünən gecədən sübhədək paytaxtın küçələrində qalaraq, bu ölkəyə hakim kəsilmiş rejimə qarşı şüarlar səsləndiribdir. Onlar Ömər əl-Bəşirin hakimiyyətdən kənara çəkilməsini tələb ediblər.

Polis qüvvələri bu gün səhər zorakılıqdan istifadə ilə bu məkandakı xalq aksiyasını dağıdıblar. "Sudan Tribyun" saytı da yazıb: Dünən Xortumun şərq məntəqələri polis qüvvələrilə etirazçılar arasında kəskin toqquşmaların şahidi olublar və polis qüvvələri aksiyaçılara qarşı zorakılıq ediblər. Polislər aksiyaçılardan azı iki nəfəri öldürüb, yüzlərlə nəfəri də yaralayıblar.

BMT-nin insan haqları üzrə baş komissarı dünən Sudanda aksiyaçılar qarşısında qüdrətdən "tənasübdən kənar istifadə"dən son dərəcə nigarançılıq edibdir. Bu BMT rəsmisi Sudanda dövlətə qarşı aksiyaların başlanmasından dörd həftə sonra bu sözləri söyləyibdir. Mişel Başle bir bəyanatda yazıb: Etirazların yatırılması yalnız narazılıqları şiddətləndirir.

Şərh yaz


Məxfi kod
Yenilə