Cümə, 18 Yanvar 2019 15:15

Ümumölkə tətili Tunis beynəlxalq hava limanını bağlayıbdır

Ümumölkə tətili Tunis beynəlxalq hava limanını bağlayıbdır

Tunis həmkarlar ittifaqının dövlətin əmək haqqıların artırılmasına məhəl qoymamasına cavab olaraq, keçirdiyi ümumölkə tətili bu gün Tunis beynəlxalq hava limanının bütün uçuşlarının ləğv olunmasına səbəb olubdur.

Tunis həmkarlar ittifaqının dövlət ilə müzakirələrinin uğursuz qalması bu ölkədə ümumi tətillərlə nəticələnibdir.

Bu müzakirələr dövlət sektoru qulluqçuları və fəhlələrindən təqribən 700 min nəfərin məvacibinin artırılması hədəfi ilə keçirilirdi və sonda nəticəsiz qaldı.

Tunisin baş naziri Yusif əl-Şahid ümumuölkə tətili və onun son dərəcə böyük xərcləri barədə xəbərdarlıq edərək, vurğulayıbdır ki, dövlət məvacibləri ödəniş qüdrətinə mütənasib surətdə artırmağa qadir deyildir.

O, eyni zamanda deyibdir ki, tətil vətəndaşların qanuni haqqıdır və dövlət qanuna hörmət və ümumi təhlükəsizliyin qorunması çərçivəsində ona inanır və dövlət tətilin keçirilməsindən qaçmaq üçün bacardığını edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə