Cümə axşamı, 17 Yanvar 2019 21:51

Danimarka Səudiyyə rejiminə və BƏƏ-yə silah ixracını qadağan etdi

Danimarka Səudiyyə rejiminə və BƏƏ-yə silah ixracını qadağan etdi

Danimarkanın xarici işlər naziri Anders Samuelsen parlamentdə çıxış edərək, Yəməndəki müharibənin bir hissəsi kimi göstərilən Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) silah və hərbi avadanlıq ixracının dayandırıldığını açıqlayıb. Reuters

Danimarkanın Xarici İşlər Nazirliyi Milli Təhlükəsizlik Orqanlarını da məlumatlandıraraq, BƏƏ-yə qarşı silah və hərbi avadanlıq satışı icazələrini imkan daxilində dayandırmalarını istəyib.

 BƏƏ Ənsarullah hərəkatı ilə müharibə edən işğalçı koalisiyaya rəhbərlik edən Səudiyyə rejiminin müttəfiqi kimi Yəməndə cinayət törədir.

 Danimarka səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti və Yəməndə baş verən humanitar böhrandakı roluna görə 22 noyabr 2018-ci il tarixində Səudiyyə rejiminə silah və hərbi avadanlıq ixracını dayandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə