Cümə axşamı, 17 Yanvar 2019 19:46

Hər şey ABŞ-la danışıqlardan sonra bəlli olacaq - Çavuşoğlu

Hər şey ABŞ-la danışıqlardan sonra bəlli olacaq - Çavuşoğlu

Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir.

TRT xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

 “Hansı mövzularda fikirlərin üst-üstə düşmədiyi danışıqlardan sonra bəlli olacaq. İki ölkənin Baş Qərargah rəisləri artıq Brüsseldə danışıqlar aparıb. Onlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib. Xarici siyasət idarələrimiz də birgə iş aparır. Təhlükəsizlik bölgəsi dinc sakinlər və terrorla mübarizə üçün lazımdır”, - Çavuşğlu bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə