Cümə axşamı, 17 Yanvar 2019 18:42

ABŞ-dan Taliban açıqlaması: “Əgər müharibə etmək istəsələr, müharibə edəcəyik!”

ABŞ-dan Taliban açıqlaması: “Əgər müharibə etmək istəsələr, müharibə edəcəyik!”

ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad Talibanın müharibə etmək istəyəcəyi təqdirdə, müharibə edəcəklərini bildirib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Z.Xəlilzad ABŞ səfirliyində təşkil olunan mətbuat konfransında bildirib ki, sülh danışıqlarına başlanması üçün Taliban təşkilatına təzyiq etmək çox mühümdür.

 “Əgər Taliban sülh mövzusunda görüşmək istəsə, görüşəcəyik, müharibə istəsə, müharibə edəcəyik”, - deyə Z.Xəlilzad bildirib.

Region ölkələrinin sülh danışıqlarını dəstəklədiyini deyən Z.Xəlilzad, sülh danışıqları mövzusunda ən qısa bir vaxtda bir proses olacağına ümid etdiklərini bildirib.

Z.Xəlilzad Taliban ilə keçirdiyi görüşlərdə ABŞ-ın Əfqanıstandakı bazalarının daimi olduğunu söyləmədiklərini və ölkəsinin də buna meyilli olmadığını vurğulayıb: “ABŞ olaraq, Əfqanıstanla uzun müddətli və əhatəli bir münasibətdə olmaq istəyirik, bu hərbi, diplomatik və iqtisadi əlaqələri əhatə edir”.

Şərh yaz


Məxfi kod
Yenilə