Cümə axşamı, 17 Yanvar 2019 18:41

Sorğu: Britaniyalıların əksəriyyəti Avropa İttifaqında qalmaq istəyir

Sorğu: Britaniyalıların əksəriyyəti Avropa İttifaqında qalmaq istəyir

Böyük Britaniya əhalisinin 56 faizi Avropa İttifaqını tərk etməyin əleyhinə səs verərdi.

"Report" TASS-a istinadən xəbər verir ki, belə bir qənaət “YouGov” mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsaslanır.

Sorğuda hesaba alınmayan səsvermədə iştirak etməyəcək olanlar və cavab verməkdə çətinlik çəkənlər də nəzərə alınsa belə, "Brexit" əleyhdarları 48 faizlə çoxluqda qalır. Sorğu iştirakçılarının 38 faizi isə "Brexit" tərəfdarıdır.

Bununla yanaşı, müxalifətdəki Leyboristlər Partiyasının tərəfdarlarının 78 faizi "Brexit"lə bağlı ikinci referendum keçirilməsi fikrini dəstəkləyir.

Bundan əvvəl Böyük Britaniya Parlamentinin "Brexit" şərtlərinə dair sazişi rədd etdiyi bildirilmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə