Şənbə, 12 Yanvar 2019 17:26

Niki Hili və Trampın qızı; ümumdünya bankın rəhbərliyinə ehtimal edilən namizədlər

 Niki Hili və Trampın qızı; ümumdünya bankın rəhbərliyinə ehtimal edilən namizədlər

ABŞ-ın BMT-dəki keçmiş səfiri və ABŞ prezidentinin qızı və müşaviri Ümumdünya Bankın istefa vermiş prezidentini əvəz edəcək ehtimali seçimlərdir.

FransPress-in verdiyi məlumata görə, ABŞ prezidentinin qızı  İvanka Tramp və Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Niki Hilli Ümumdünya Bankın rəhbəri Cim Yonq Kimin əvəz edəcək ehtimali namizədlər sırasındadırlar. 

Cim Yonq Kim ötən həftə bazarertəsi günü qəfil bir qərar qəbul edərək, Banka rəhbərlik dövründən 3 il qalsa da vəzifəsindən istefa verib. 

Bu məlumata görə, Ümumdünya Bankın rəhbərliyinə digər adlar da gündəmə gəlib o cümlədən Amerikanın xəzinədarlıq nazirinin müavini Deyvid Malpas, Amerikanın beynəlxalq inkişaf təşkilatının rəhbəri Mark Qrinə işarə etmək olar. 

Amerikanın xəzinədarlıq nazirliyi dünən bu barədə fikir bildirməkdən çəkinib. 

Yazılmamış bir qanuna görə, Amerika Ümumdünya Bankın ən əsas səhimdarı olaraq bu bankın təsis edildiyi vaxtdan bəri həmişə onun rəhbərini təyin etmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə