Şənbə, 12 Yanvar 2019 15:15

Beynəlxalq Amnistiya: “ABŞ İraqdakı səhvlərindən dərs alsaydı...”

Beynəlxalq Amnistiya: “ABŞ İraqdakı səhvlərindən dərs alsaydı...”

Beynəlxalq Amnistiya təşkilatının Yaxın Şərq araşdırma direktoru Lin Maaluf deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı səhvlərindən dərs alsaydı, Raqqada dağıntıların qarşısı alınardı.

 Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Maaluf ABŞ-ın Suriyadan çıxması qərarını belə şərh edib: “ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Raqqada və digər yerlərdə səbəb olduğu yüzlərlə mülki itkilər mövzusunda ciddi istintaqlar aparmaq məsuliyyətini görməzliyə vurmağı davam etdirməsi dəhşətlidir. Koalisiya həyata keçirdiyi bombardmanların arxasında qoyduğu fəlakəti arsızcasına qulaqardına vurdu, bir də geridə qalanlara hər hansı bir formada çarə və ya təzminat təklif etmək niyyəti olmadığını qəti bildirdi”.

 Beynəlxalq Amnistiya təşkilatının rəsmilərinin münaqişənin sona çatmasından sonra müxtəlif vasitələrlə Raqqaya getdiyini bildirən Maaluf, burada görüşdüyü yüzlərlə insandan birinin də həyatlarını yenidən qurmağa çalışarkən, koalisiyanın onlarla əlaqə saxlamadığını qeyd edib.

 Maaluf koalisiyanın Raqqadan əvvəl İraqın Mosul şəhərində həyata keçirdiyi əməliyyatda xeyli sayda mülki vətəndaşın öldüyünü, evlərin dağıdıldığını və infrastruktura böyük ziyan dəydiyini, sonra problemlərin həlli üçün ağır tərpəndiyini bildirərək, belə deyib: “Koalisiya İraqdakı səhvlərindən dərs alsaydı, Raqqanın tamamilə dağılmasının qarşısı alınardı. Oradan sonra, belə geniş mülki dağıntıları saxlamaq, koalisiyanın qeyd edilən dəyərlərinə zidddir, humanitar baxımdan iyrənc bir şeydir”.

Şərh yaz


Məxfi kod
Yenilə