Çərşənbə axşamı, 08 Yanvar 2019 22:13

Cənubi Afrikada iki qatar toqquşub, ölənlər və yaralananlar var

Cənubi Afrikada iki qatar toqquşub, ölənlər və yaralananlar var

Cənubi Afrika Respublikasında baş verən qatar qəzası nəticəsində yaralananların sayı 604 nəfərə çatıb.

 "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə CAR-ın inzibati paytaxtı Pretoriyanın ərazisində yerləşdiyi Svane paytaxt dairəsinin rəhbəri Solli Msimanqa məlumat verib.

 19:37

 Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya yaxınlığındakı Mountaine Vieu stansiyasında iki sərnişin qatarının toqquşması nəticəsində 4 nəfər ölüb, 300 nəfər xəsarət alıb.

 “Report” “TimesLive”ə istinadən xəbər verir ki, səhiyyə qurumlarından xəsarət alanların xəstəxanalara yerləşdirildiyi, onlardan 82 nəfərinin ağır vəziyyətdə olduğu bildirilib.

 Bölgədəki yerli dəmir yollarının operatoru “Metrorail” şirkətinin sözçüsü hər iki qatarın Mabopane stansiyasından paytaxt istiqamətində eyni xətlə getdiyini bildirib. Hadisənin səbəblərinə dair araşdırma aparılır.

 Ölkə Prezidenti Kiril Ramafosa ölənlərin ailələrinə başsağlığı verib.

Media

Şərh yaz


Məxfi kod
Yenilə