Cümə axşamı, 03 Yanvar 2019 18:17

Sarı Jiletlilər hərəkatının lideri həbs edildi+VIDEO

Sarı Jiletlilər hərəkatının lideri həbs edildi+VIDEO

Fransada Sarı Jiletlilər hərəkatının liderlərindən Erik Drue icazəsiz aksiya keçirmək ittihamı ilə həbs edilib.

“DW”   xəbər verir ki, prokurorluqdan Fransanın AFP informasiya agentliyinə verilən məlumata görə, Erik Drue icazəsiz mitinq keçirmək ittihamı ilə həbs edilib.

 DW-nin xəbərinə görə, hal-hazırda silah gəzdirmək ittihamı ilə mühakimə olunan Erik Druenin paytaxt Parisdə Yelisey çöllərinə gedərkən saxlanıldığı bildirilib. Erik Druenin Zəfər Tağı abidəsinin yaxınlığında onlarla nümayişçinin gözlədiyi qeyd olunub.

 Erik Druenin həbs edilməsi fransalı siyasətçi Jan Luk Melexonun reaksiyasına səbəb olub. O, Twitter-dən verdiyi açıqlamasında belə qeyd edib: “Erik Drue yenə saxlanıldı, niyə? Gücdən sui-istifadə olunur. Siyasiləşən polis, Sarı Jiletlilər hərəkatının liderlərini hədəfə alır”.

Media

Şərh yaz


Məxfi kod
Yenilə