Çərşənbə, 12 Dekabr 2018 18:09

Fransa təcili hücum xəbərdarlığı rejiminə keçdi

Fransa təcili hücum xəbərdarlığı rejiminə keçdi

Fransanın daxili işlər naziri Kristof Kastaner dünən (11 dekabr) axşam Strasburq şəhərində baş verən silahlı hücumdan sonra terrorla mübarizə fəaliyyət planının təcili hücum xəbərdarlığı səviyyəsinə çatdırıldığını bildirib.Reuters

Strasburqda təşkil etdiyi mətbuat konfransında danışan Kristof Kastaner, sərhədlərin və bütün Milad bazarlarındakı yoxlamaların aparılacağını, 350 polis və jandarmın təcavüzkarı tapmaq üçün axtarış işləri apardığını bildirib.

Bir polis işçisinin AFP-yə verdiyi məlumata görə, təcavüzkar 29 yaşında Şerif Çekatt adlı bir şəxsdir.

Təqib edilən adamlar arasında olan təcavüzkarın qaçmazdan əvvəl əsgərlərin açdığı atəş nəticəsində yaralandığı bildirilib.

Bundan başqa, polisin dünən səhər təcavüzkarın evinə basqın etdiyi, ancaq onu yaşadığı mənzildə tapmadığı qeyd edilib.

Daxili işlər nazirinin nəzdindəki dövlət katibi Loren Nunez, RTL radiosuna verdiyi açıqlamasında deyib ki, hələlik hücumun terror hücumu olduğunu təsdiq edə bilmərik. L.Nunez indiyə qədər təcavüzkarı terrorla əlaqələndirəcək bir ünsürə rast gəlmədiklərini söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə