Çərşənbə, 12 Dekabr 2018 18:04

OPEC noyabrda neft hasilatını sutkada 11 min barel azaldıb

OPEC noyabrda neft hasilatını sutkada 11 min barel azaldıb

OPEC noyabr ayında neft hasilatını sutkada 11 min barel - sutkada 32,965 milyon barelə qədər azaldıb.

"Report" xəbər verir ki, bu barədə kartelin dekabr ayındakı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, neft istehsalı daha çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə artıb, İran, Venesuela, Nigeriya və İraqda isə azalma müşahidə olunub.

Noyabrda İranda neft hasilatı oktyabrla müqayisədə sutkada 380 min barel azalaraq sutkalıq 2,954 milyon barelə, İraqda sutkada 23 min barel azalaraq 4,631 milyon barelə, Venesuelada sutkada 52 min barel azalaraq 1,137 milyon barelə, Nigeriyada sutkalıq 30 min barel azalaraq 1,736 milyon barelə düşüb.

Səudiyyə Ərəbistanı noyabrda neft hasilatını oktyabrla müqayisədə sutkada 377 min barel artıraraq sutkalıq 11,016 milyon barelə, BƏƏ sutkada 71 min barel artıraraq 3,246 milyon barelə, Küveyt sutkada 45 min barel artıraraq 2,809 milyon barelə çatdırıb.

Şərh yaz


Məxfi kod
Yenilə