Cümə, 19 Oktyabr 2018 20:07

ABŞ dövlət katibi Camal Qaşıqçının qətlinə dair səs yazısını dinləmədiyini dedi

ABŞ dövlət katibi Camal Qaşıqçının qətlinə dair səs yazısını dinləmədiyini dedi

Mayk Pompeo: İtkin düşmüş ərəbistanlı jurnalist Camal Qaşıqçının itkin düşməsi və ya qətlə yetirilməsinə dair səs yazısını dinləməmişəm.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo cümə günü ərəbistanlı jurnalist Camal Qaşıqçının yoxa çıxması və ya qətlə yetirilməsinə dair səs yazısını dinləmədiyini deyib.

Pompeo deyib: Mən heç bir səs yazısı dinləməmişəm və heç bir yazılı mətn də müşahidə etməmişəm. Buna görə də belə bir xəbər yayan media bu xəbəri təkzib etməlidir.

ABC telekanalı Türkiyə rəsmilərindən birinə istinadla ABŞ dövlət katibi Mayk Pompeonun Ankaraya səfəri zamanı Camal Qaşıqçının qətlinə dair səs yazısını dinlədiyini bildirib.

ABC telekanalının verdiyi məlumata görə, Türkiyə rəsmiləri bu səs yazısını çərşənbə günü Ankarada Pompeoya təqdim ediblər. Bu səs yazısı Ərəbistanlı "cəllad" dəstəsinin Qaşıqçını necə vəhşiliklə qətlə yetirdiyini sübut edir.

Vaşinqton Post qəzetinin internet portalı da bildirib: Gizli səs yazısından Ərəbistan rəsmilərinin öz müxaliflərini necə amansızlıqla susdurduqları aydınlaşır.

Camal Qaşıqçı 2 oktyabrda Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. Bu hadisədən bir neçə gün sonra Türkiyə rəsmiləri və medialar Qaşıqçının Ərəbistan konsulluğunda vəhşicəsinə qətlə yetirildiyini bildiriblər.

Şərh yaz


Məxfi kod
Yenilə