Cümə, 19 Oktyabr 2018 20:06

ASEAN-ın müdafiə nazirləri Cənubi Çin dənizində gərginliyi azaltmağa çalışırlar

ASEAN-ın müdafiə nazirləri Cənubi Çin dənizində gərginliyi azaltmağa çalışırlar

ASEAN ölkələrinin müdafiə nazirləri Sinqapurda bir araya gələrək, Cənubi Çin dənizində gərginliyin azaldılmasına təkid ediblər.

İRNA-nın məlumatına görə, ASEAN ölkələrinin müdafiə nazirlərinin bu gün Sinqapurda işə başlayan illik iclasında Malayziya, İndoneziya, Sinqapur, Taylənd, Myanma, Filippin, Bruney, Kambociya, Laos, Vyetnam, Çin və ABŞ-ın müdafiə nazirləri iştirak edirlər. 

Çin və ABŞ münasibətlərindəki gərginlik ASEAN ölkələrinin müdafiə nazirlərinin iki günlük Sinqapur iclasını təsir altına alıb. 

Bu arada ABŞ-ın müdafiə naziri Ceyms Matis və Çinin müdafiə naziri Vei Fenqhe arasında baş tutması planlaşdırılan görüşün müvəqqəti olaraq təxirə salındığı bildirilir. 

Regional müşahidəçilər bunun səbəblərindən birini Çinin Rusiyadan silah almasına görə ABŞ-ın Pekinə qarşı sanksiyalar tətbiq etməsi hesab edirlər.

ASEAN ölkələri və Çin ayrı-ayrılıqda Cənubi Çin dənizindəki ixtilaflı ərazilərlə bağlı gərginliyin azaldılması üzrə anlaşmanın əldə edilməsinə çalışırlar. 

Çin ilə yanaşı ASEAN-a üzv bəzi ölkələr o cümlədən Vyetnam, Filippin, Malayziya və Bruney habelə, Tayvan da Cənubi Çin dənizində mülkiyyət iddiasına malikdirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə