Cümə, 19 Oktyabr 2018 20:06

Çin ABŞ-a xəbərdarlıq etdi: Valyutanı siyasiləşdirməyin

Çin ABŞ-a xəbərdarlıq etdi: Valyutanı siyasiləşdirməyin

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi "yuan"ın dəyərinin qəsdən azaldılmasını rədd etdi.

İRNA-nın məlumatına görə, Lu Kanq ABŞ-a xəbərdarlıq edərək, bazar qanunlarına və reallığa hörmət edilməsini, valyutanın siyasiləşdirilməməsini istəyib.

Bu çinli diplomat həmçinin deyib: Pekin dəfələrlə "dollar" ilə rəqabət aparmaq və ticarət savaşında üstünlük əldə etmək üçün "yuan"ın dəyərinin qəsdən azaldılmasına qarşı olduğunu elan edib. 

ABŞ-ın Maliyyə Departameni cümə axşamı yayımladığı valyuta siyasət ilə bağlı öz yarım illik hesabatında Çini valyuta bazarına nəzarət edən ölkə elan etməyib. 

ABŞ və Çin arasında ticarət savaşının dərinləşməsi ilə ötən 3 ayda "yuan" valyuta bazarında "dollar" və "avro" qarşısında 5% dəyər itirib. 

Şərh yaz


Məxfi kod
Yenilə