Cümə, 19 Oktyabr 2018 14:22

Tramp sonda Qaşıqçının qətlə yetirildiyini qəbul etdi

Tramp sonda Qaşıqçının qətlə yetirildiyini qəbul etdi

ABŞ prezidenti Donald Tramp nəhayət Camal Qaşıqçının qətlə yetirildiyini etiraf edərək, deyib: Əgər Ərəbistan Camal Qaşıqçının qətlə yetirilməsində rola malik olubsa, buna görə məsuliyyət daşımalı olacaq.

Röyters-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı jurnalistlər qarşısında verdiyi açıqlamada Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiq edərək, Ali-Səudun bu qətl hadisəsindəki rolu və bunun mənfi nəticələri haqda deyib: Bu çox pis hadisədir. Görək nə olacaq.

Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. Bir neçə gün sonra isə Türkiyə rəsmiləri və medialar Qaşıqçının Ərəbistanın Baş Konsulluğunda dəhşətli formada qətlə yetirildiyini bildirdilər. 

Camal Qaşıqçı Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın tənqidçilərindən sayılırdı. O,  Məhəmməd bin Salmanın qorxusundan bir il öncə Ərəbistanı tərk edərək, Vaşinqtona köçmüşdü. 

Türkiyə mediaları təhlükəsizlik mənbələrinə istinadla bildiriblər: Camal Qaşıqçının yoxa çıxması və qətlə yetirilməsi hadisəsi ilə əlaqəda olan 15 nəfərlik dəstənin üzvlərindən yeddisi Ərəbistan vəliəhdinə yaxın adamlardır. 

Buna baxmayaraq ABŞ prezidenti Donald Tramp iki gün öncə Qaşıqçının qətlə yetirilməsini məmur özbaşınalığı adlandıraraq, Bin Salmanın bu işdən xəbərsiz olduğunu iddia etmişdi. 

Nyu-York Tayms qəzeti cümə axşamı yazıb: Ərəbistan başçıları Qaşıqçı olayı ilə bağlı yeni ssenari hazırlayırlar. Bu ssenaridə Ərəbistanın yüksək səviyyəli generallarından biri Qaşıqçının qətlə yetirilməsində müqəssir tərəf kimi qələmə verilir. Bununla da Bin Salmanın Qaşıqçının qətlə yetirilməsi hadisəsinə görə məsuliyyət daşımadığı görüntüsünü yaratmağa çalışırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə