Cümə, 19 Oktyabr 2018 12:37

BMT "Qaşıqçı" olayını araşdırsın

BMT "Qaşıqçı" olayını araşdırsın

İnsan haqları sahəsində fəaliyyət göstərən beynəlxalq qrum və təşkilatlar BMT-dən jurnalist Camal Qaşıqçının taleyi haqda müstəqil araşdırmalar həyata keçirməsini istəyiblər.

İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı və Jurnalistləri Müdafiə Komitəsi cümə günü BMT-dən jurnalist Camal Qaşıqçının taleyi haqda müstəqil araşdırmalar aparmasını istəyiblər. 

Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq məsələləri üzrə şöbə müdiri Lin Malof deyib: BMT-nin baş katibi Antonio Quterreşdən jurnalist Camal Qaşıqçının taleyinə aydınlıq gətirmək üçün müstəqil araşdırmalara başlamasını istədim. 

Malof belə bir istəyin irəli sürülməsinin səbəbini Ərəbistan rəsmilərinin Qaşıqçının taleyinə dair araşdırmalarına etibar etməməsi adlandırıb. 

Səudiyyə rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. 

Medialar bu hadisədən bir neçə gün sonra Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirildiyini daha sonra cəsədinin konsulluq binasından çıxarıldığını bildiriblər. 

Şərh yaz


Məxfi kod
Yenilə