Cümə axşamı, 18 Oktyabr 2018 16:29

ABŞ Konqresinə Səudiyyə rejiminə silah satılmaması üçün layihə təqdim olundu

ABŞ Konqresinə Səudiyyə rejiminə silah satılmaması üçün layihə təqdim olundu

ABŞ Nümayəndələr palatasına Kaşıkçı hadisəsinə görə Səudiyyə rejiminə bütün silah satışlarının və yardımlarının dayandırılması üçün qanun layihəsi təqdim olunub.Reuters

Nümayəndələr palatasının Massaçusets ştatı üzrə konqresmeni Cim MakQovern rəsmən təqdim etdiyi qanun layihəsilə bağlı Twitter-dən açıqlama verib: “Dövlət katibi Mayk Pompeo Səudiyyə rejiminin Camal Kaşıkçının yoxa çıxması və ya öldürülməsinə dair əmr və ya göstəriş vermədiyini qeyd edənə qədər Səudiyyə rejiminə bütün hərbi yardım və satışların qadağan edilməsi üçün Nümayəndələr palatasına qanun layihəsini rəsmən təqdim etdim”.

Nümayəndələr palatası layihənin mahiyyətini hələ ictimaiyyətə açıqlamasa da, layihəyə bu ana qədər 6 Demokrat və 2 Respublikaçı konqresmenin də dəstək verdiyi qeyd olunub.

Xarici Əlaqələr Komitəsinə təqdim olunan layihə həm komitədə, həm də məclisdə səsverməyə çıxarılıb qəbul edilməsi üçün çoxluqda olan Respublikaçıların dəstəyini də almalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə