Cümə axşamı, 18 Oktyabr 2018 16:27

İran neftinin sanksiya edilməsi ilə qış Amerikalılar üçün çətin keçəcək

İran neftinin sanksiya edilməsi ilə qış Amerikalılar üçün çətin keçəcək

ABŞ-ın Enerji İnformasiyaları İdarəsi xəbərdarlıq etdi: İran neftinin sanksiya edilməsi ilə qış Amerikalılar üçün çətin keçəcək.

Vaşinqton Eqzmayner internet portalının verdiyi məlumata görə, ABŞ-ın Enerji İnformasiyaları İdarəsi bildirib: İran neftinə qarşı sanksiyanın tətbiq edilməsi nəticəsində dünya bazarında neftin bahalaşması amerikalıların qışda qızınmaq üçün daha artıq pul xərcləmələrinə səbəb olacaq.

ABŞ-ın Enerji İnformasiyaları İdarəsi Amerikada neft məhsullarının qiymətinə birbaşa təsir göstərən Berent neftinin qiymətinin qarşıdan gələn qış fəslində hər bir barel üçün 79 dollar olacağını proqnoz edib. Bu isə ötən ilin qışı ilə müqayisədə 15 dollar daha çoxdur.

Bu məlumata görə, bəzi amerikalılar evlərini qızdırmaq üçün mavi yanacaq və elektrik enerjisindən istifadə etsələr də, hələ də əhalinin böyük bir hissəsi xüsusilə ölkənin şimal-şərqinin əhalisi evlərini qızdırmaq üçün neftdən istifadə edirlər.

Şərh yaz


Məxfi kod
Yenilə