Çərşənbə axşamı, 16 Oktyabr 2018 22:39

BAT Misirə silah verdiyinə görə Fransanı qınayıb

BAT Misirə silah verdiyinə görə Fransanı qınayıb

Beynəlxalq Amnistiya Təşkilatı Fransa dövlətini Misirə silah satdığına görə tənqid edərək Parisi bu təşkilatın silah ixracatına dair qanunlarını pozmaqda ittiham edib.

FransPressin verdiyi məlumata görə, BAT bu gün bir bəyanatda bildirib ki, Paris 2012-2015-ci illərdə aksiyaçılara qarşı repressiyalarda istifadə olunan hərbi təchizatları Misirə təhvil verməklə beynəlxalq qanunları pozub. 

BAT xatırladıb ki, Avropa Birliyi 2013-cü ildə öz üzvlərini Misirə silah ixracatını dayandırmağa çağırıb amma Fransa, Almaniya, Bolqarıstan, Kipr, İspaniya, Macarıstan, İtaliya, Polşa, Çexiya, Rumniya, Britaniya və Slovakiya Avropa Bilriyinin bu göstərişini gözardına vurublar. 

Şərh yaz


Məxfi kod
Yenilə