Bazar, 23 Sentyabr 2018 22:00

Trampın BMT-yə qarşı mövqeləri davam edir

Trampın BMT-yə qarşı mövqeləri davam edir

ABŞ prezidenti bir mesajda imkanları əsasında hərəkət etmədiyinə görə, BMT-ni tənqid edib.

Donald Tramp BMT Baş Assambleyasının sessiyası ərəfəsindəki bu mesajında iddia edibdir ki, bu təşkilat yüksək imkanlara malik olsa da öz imkanları əsasında hərəkət etməyibdir.

Tramp twitter səhifəsindəki mesajında yazıb: Bütün ölkələrin BMT Baş Assambleyasının sessiyasında iştirak etmələrinə rəğmən, bir çox həll olunmamış problemlər yerdə qalacaq.

CNN telekanalının elektron versiyası bir reportajda belə yazıb: BMT Baş Assambleyasının sessiyası çərşənbə axşamı günü başlayarkən Donald Trampın iç üzü tam şəkildə özünü göstərəcək.

Bu reportajda qeyd olunub ki, Trampın ötən mövqeləri və düşmənçiliklərindən cana gəlmiş dünya liderləri çalışacaqlar ki, BMT Baş Assambleyasının sessiyasında imkan daxilində onunla qarşılaşmasınlar.

Şərh yaz


Məxfi kod
Yenilə