Bazar, 23 Sentyabr 2018 14:04

ABŞ “greencard” verilməsi ilə bağlı şərtləri sərtləşdirəcək

ABŞ “greencard” verilməsi ilə bağlı şərtləri sərtləşdirəcək

ABŞ hökuməti “greencard” və vizaların verilməsini sərtləşdirə bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qanun layihəsi ölkədə leqal yaşayan, lakin sosial yardım üçün müraciət edən mühacirlərə “greencard” və viza verilməsində imtinanı nəzərdə tutur.

Bəzi hallarda ABŞ vətəndaşlığını almaq istəyən şəxsdən 10 min dollar məbləğində girov tələb oluna bilər. Bu addımları atmaqla hökumət mühacirin gələcəkdə özünü təmin etməsinə dair zəmanət əldə etmək niyyətindədir.

ABŞ hakim dairələrin hesablamalarına əsasən, sözügedən yenilik ildə təqribən 340 min nəfəri əhatə edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə