Şənbə, 18 Avqust 2018 23:37

Ərdoğan: “ Bizi çökdürə bilmədilər, bundan sonra da edə bilməzlər. ”

Ərdoğan: “ Bizi çökdürə bilmədilər, bundan sonra da edə bilməzlər. ”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının 6-ci böyük konqresindən əvvəl partiyadaşları qarşısında çıxış edib.Anadolu

Ərdoğan çıxışında bunları deyib: “Onların dollarları varsa, bizim də Allahımız var. Yolumuza əmin addımlarla addımlayırıq, addımlayacağıq da”.

Ədalət və İnkişaf Partiyasının konqresinə gələnlərə səslənən Ərdoğan, belə davam edib: “Hazırda partiyamız 17 yaşındadır. Gənc, dinamik və gələcəyə daha yaxşı hazırlaşan bir partiya kimi, Türkiyə və dünyaya bu mesajları yenidən veririk. Bizi bölmək, parçalamaq istəyənlərə cavabımızı həm seçki qutularında, həm meydanlarda veririk. Bu gün yenilənərək, yeni sistemlə ilk dəfə qurultayımızı edərək, dünyaya fərqli bir mesaj verəcəyik”.

Ərdoğan çıxışının digər bir hissəsindən isə bunları deyib: “Onların dolları varsa, bizim də Allahımız var. Bizi çökdürə bilmədilər, bundan sonra da edə bilməzlər. Yetər ki, siz ayaqda durun. Dimdik ayaqda dayandığımızın mesajını verəcəyik. Yeni sistemdə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti ilə 81 milyon insanın yaşayışının yaxşılaşmasına nail olacağıq. İndidən Qurban bayramınızı təbrik edirəm. Rəbbim ölkəmizin, millətimizin birliyini daim qorusun”.

Şərh yaz


Məxfi kod
Yenilə