Şənbə, 18 Avqust 2018 22:29

Maduronun Venesuela iqtisadiyyatını yaxşılaşdırmaq üzrə proqramı

Maduronun Venesuela iqtisadiyyatını yaxşılaşdırmaq üzrə proqramı

Venesuela prezidenti bu ölkənin iqtisadi durumunun yaxşılaşdırılması üzrə yeni proqramın icrasından xəbər verib.

Venesuela prezidenti Nikolas Maduro bu gün bu ölkədə minimum əmək haqqının artırıldığını bildirərək, bu ölkə xalqından istəyibdir ki, iqtisdai durumu yaxşılaşdırmaq məqsədilə icra olunacaq dövlətin yeni iqtisadi-maliyyə layihəsini himayə etsin.

Venesuela prezidenti bildirib ki, "İqtisadiyyatın yaxşılaşdırılması, inkişaf və rifah proqramı" avqustun 20-dən icra olunacaq.

Maduro öz iqtisadi komandasından və Venesuela dövlətindən istəyibdir ki, bu layihənin detalları barədə bu ölkə xalqına məlumat versinlər.

Venesuelada iqtisadi böhran son aylar ərzində kəskinləşibdir.

Maduro ABŞ dövlətinin Venesuela dövlətini devirmək üzrə sanksiyaları və siyasətlərini bu ölkədəki iqtisadi problemlərin əsas amili hesab edir.

Şərh yaz


Məxfi kod
Yenilə