Şənbə, 18 Avqust 2018 17:41

ABŞ indi də Monqolustanı Rusiyadan və Çindən qorumaq fikrinə düşüb

ABŞ indi də Monqolustanı Rusiyadan və Çindən qorumaq fikrinə düşüb

ABŞ Konqresinə ABŞ və Monqolustan arasında ticarətin aktivləşdirilməsi barədə qanun layihəsi daxil olub.

Musavat.com “Russia Today” kanalının saytına istinadən xəbər verir ki, qanun layihəsinin müəllifi respublikaçı konqresmen Ted Yohodur (Florida ştatını təmsil edir-red.).

O, ABŞ hakimiyyətinə Monqolustandan gətirilən bir sıra əmtəələrə rüsumsuz ticarət rejiminin tətbiq olunmasını təklif edib. Söhbət əsasən toxuculuq məhsulları və Kəşmir parçalarından gedir.

 “Monqol məhsullarına, xüsusilə Kəşmir parçalarına ediləcək güzəştlər ABŞ-ın Çindən gətirilən bənzər, lakin olduqca keyfiyyətsiz əmtəələrin həcmini azaldacaq ”,- layihədə deyiilr.

Bundan başqa, layihənin mətnində Rusiya və Çin tərəfinin Monqolustanın iqtisadi inkişafına əngəl törətdiyi qeyd olunub:

 “Monqolustan quruda yalnız Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə əhatə olunub. ABŞ Milli təhlükəsizlik strategiyasında qeyd oluduğu kimi, adları çəkilən ölkələr “ABŞ-ın maraqlarına və dəyərlərinə tamamilə zidd olan bir dünya qurmaq istəyirlər”.

Monqolustanın iqtisadi rifahı barədə qayğılanan ABŞ öz yanında olan dövlətlərin Çin və Rusiyaya yaxınlaşmasına tam əks reaksiya göstərir.

Bundan daha öncə ABŞ müdafiə nazirinin Asiya və Sakit okeanın təhlükəsizliyi üzrə müavini Randall Şriver Filippin hökumətinin Rusiyadan hərbi texnika alması planalarının ABŞ-la münasibətlərinə neqativ təsir göstərəcəyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə