Bazar ertəsi, 23 iyul 2018 16:38

Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsddə 16 nəfər həlak oldu

Əfqanıstanın birinci vitse-prezidentinə sui-qəsddə 16 nəfər həlak oldu

Əfqanıstanın birinci vitse-prezidenti Raşid Dostumu Ankaradan Kabilə daşıyan təyyarənin eniş etməsindən qısa müddət sonra hava limanı yaxınlığında partlayış baş verib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, bir müddətdir Türkiyədə olan R.Dostumu daşıyan təyyarənin Kabil Hava Limanına endikdən sonra, vitse-prezident onu qarşılayan rəsmilər və tərəfdarları ilə görüşüb.

Aeroportdakı AA müxbirinin bildirdiyinə görə, Dostumu daşıyan karvanın evinə getmək üçün hərəkətə keçməsindən dərhal sonra, yaxınlığında böyük bir partlayış baş verib.

Hadisədən sonra Əfqanıstan Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, intihar hücumu nəticəsində baş vermiş partlayışda Raşid Dostumu qoruyan təhlükəsizlik rəsmilərinin də aralarında olduğu 16 nəfərin öldüyü və 60 nəfərin yaralandığı bildirilib.

Bir müddətdir ki, Türkiyədə olan Əfqanıstanın vitse-prezidenti Raşid Dostum, ölkəsinə dönən kimi Əfqanıstana sülh gətirəcəyinə söz verib.

Əfqanıstanda tərəfdarları ilə görüşən R.Dostum, paytaxt Kabildəki iqamətgahında təşkil olunan qarşılanma mərasimində etdiyi çıxışında, birlik və bərabərliyin əhəmiyyətinə toxunaraq, heç kəslə hər hansı bir probleminin olmadığını deyib: “Vitse-prezident kimi Talibanla sülhün digər bütün vəzifələrdən daha çox əhəmiyyət daşıdığını düşünürəm. Əfqanıstana sülhün gəlməsi üçün hər cür fədakarlığa hazıram və sülhü dəstəkləyirəm”.

Şərh yaz


Məxfi kod
Yenilə