Bu səhifəni yazdır
Bazar ertəsi, 23 iyul 2018 14:04

Tramp İran prezidentinin sözlərinə passiv reaksiya verib

Tramp İran prezidentinin sözlərinə passiv reaksiya verib

ABŞ prezidenti yeni twitində nüvə müzakirələrində amerikalılara xitabən "Bir iranlını heç vaxt hədələməyin" deyən İran prezidentinin sözlərini kopyalayıb.

İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Twitterdə öz şəxsi səhifəsində böyük hərflərlə İran prezidenti Həsən Ruhaninin xəbərdarlıqlarına passiv reaksiya verərək yazıb: Heç vaxt, əsla ABŞ-ı bir daha hədələməyin.

Trampın yazıları nüvə müzakirələrində İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinin kopyasıdır. Zərif bildirmişdi ki, heç vaxt bir iranlını hədələməyin.

ABŞ prezidenti öz twitinin davamında "Amerikalılar yaxşı anlasınlar ki, İranla sülh sülhlərin anası, İranla müharibə müharibələrin anasıdır" deyən Həsən Ruhaninin sözlərindən qəzəblənib və yazıb: "Sərt sözlərə dözəcək ölkə deyilik".

Həsən Ruhani bazar günü amerikalılara xitabən və "İranı neft ixrac etməyə qoymayacağıq" deyənlərə cavab olaraq bildirib: ABŞ prezidenti bilsin ki, İran tarix boyu regionda təhlükəsizliyin şah damarına zamin olub, Tramp aslanın quyruğu ilə oynamasın. Çünki İranın cavabı peşmanedici olacaq.

Şərh yaz


Məxfi kod
Yenilə