Cümə, 20 iyul 2018 11:12

Çak Şumer Tramp və Putinin xüsusi görüşünə qarşı çıxıb

Çak Şumer Tramp və Putinin xüsusi görüşünə qarşı çıxıb

ABŞ Senatı Demokratlarının lideri bildirib: Birləşmiş Ştatlar prezidenti xüsusi şəkildə Rusiya prezidenti ilə görüşməməli idi.

Röytersin məlumatına görə, ABŞ Senatı Demokratlarının lideri Çak Şumer deyib: Amerikalılar ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Helsinkidə ilk görüşündə nə baş verdiyi anlamayanadək Tramp Putinlə xüsusi şəkildə görüşməməlidir. 

Şumer bir bəyanatda bildirib: Bu mövqe o deməkdir ki, Trampın rus həmkarı ilə üz-üzə görüşməsi istər ABŞ-da, istərdə də başqa yerdə baş tutmamalıdır. 

ABŞ Senatı Demokratlarının lideri bundan öncə Trampın açıqlamasına tənqidlərin davamında bağlı qapılar arxasında Putin qarşısında onun mövqeyindən nigaranlıq etmiş və bildirmişdi ki, ictimaiyyətdə əks etdirdiyi mövqelərlə müqayisədə Trampın daha sərt mövqe sərgilədiyinə kimsə inanarmı? 

Başqa ölkələrin rəsmiləri ilə görüşlərdə Trampın qalmaqallı və utandırıcı davranışları amerikalı siyasətçilərin nigaranlığına səbəb olub. 

Şərh yaz


Məxfi kod
Yenilə