Bazar ertəsi, 16 iyul 2018 23:47

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp

“Görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu”- Tramp

“Bu gün Rusiya prezidenti Vladimir Putinlə keçirdiyim görüş iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Bugünkü görüş yalnız uzun bir prosesin başlanğıcıdır, amma biz daha yaxşı bir gələcəyə doğru addım atdıq. Gələcəkdə davamlı bir dialoq quracayıq". Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Helsinkidə rusiyalı həmkarı ilə görüşündən sonra mətbuat konfransında bildirib.

D.Tramp bildirib ki, İrana nüvə planları ilə bağlı təzyiq göstərmək vacibdir: “İranın Yaxın Şərqdə nüvə planlarının qarşısını almaq üçün bu ölkəyə təzyiq göstərməyin vacibliyini vurğulamışam”.

Şərh yaz


Məxfi kod
Yenilə