Bazar ertəsi, 16 iyul 2018 21:23

Almaniya xarici işlər naziri: Amerika daha etimadediləsi deyil

Almaniya xarici işlər naziri: Amerika daha etimadediləsi deyil

Almaniya xarici işlər naziri Avropa Birliyini düşmən adlandırmış ABŞ prezidentinin sözlərinə reaksiyada deyib ki, Avropa daha Ağ Evə söykənə bilməz.

Almaniya xarici işlər naziri Hayko Mas deyib ki, kəskin söz hücumlarına və bihudə twitt-lərə görə, Avropa təfriqəyə düçar olmamalıdır.

Yeni ticarət rüsumları ilə avropalı şəriklərini narahat etmiş Donald Tramp dünən CNN ilə müsahibədə Avropa Birliyi ilə Çini Amerikanın ən böyük düşmənləri adlandırıb.

Tramp həmçinin Rusiyadan neft və qaz satın aldığına görə,  bir daha Almaniyanı bu ölkənin əsiri adlandırıbdır.

ABŞ prezidenti immiqrasiya bəhslərində də miqrantlar ilə bağlı açıq qapı siyasətinə görə Almaniya kansleri Angela Merkeli tənqid edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə