Cümə axşamı, 14 June 2018 19:24

Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə yenidən küçələrə çıxdı

Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə yenidən küçələrə çıxdı

Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması üçün paytaxt Abucada və Kaduna şəhərində növbəti mitinqini keçirib.

 

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, iyunun 12-si paytaxt küçələrinə çıxan minlərlə nigeriyalı Şeyx Zəkzəki və xanımı barədə federal ali məhkəmənin qəbul etdiyi qərarın icra olunmasını və şeyxin dərhal azadlığa buraxılmasını tələb ediblər.

 

Nümayişçilər Şeyx Zəkzəkinin heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasının onun səhhətinə pis təsir etdiyini və şeyxin səhhətinin pisləşməsinə görə, Nigeriya rəhbərliyinin məsuliyyət daşıdığını bildiriblər.

 

Nümayişçilər tələbləri yerinə yetirilənə qədər etirazlarına davam edəcəklərini bildiriblər.

 

Nigeriya xalqı iyunun 13-ü Kaduna şəhərində də eyni tələblərlə yürüş mitinqlərini keçiriblər. Deyerler.org

Şərh yaz


Məxfi kod
Yenilə