Cümə, 25 May 2018 23:26

Türkiyə ABŞ-ın İrana qarşı sanksiyaları müqabilində Türkiyə şirkətlərinin qorunmasına təkid etdi

Türkiyə ABŞ-ın İrana qarşı sanksiyaları müqabilində Türkiyə şirkətlərinin qorunmasına təkid etdi

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Ankaranın ABŞ-ın İrana qarşı sanksiyaları müqabilində Türkiyə şirkətlərinin qorunması üzrə səylərindən xəbər verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Hami Aksoy cümə günü ABŞ-ın İran ilə əməkdaşlıqda ittiham etdiyi Türkiyə şirkətlərinə qarşı sanksiyaları barədə deyib: Türkiyə öz şirkətlərinin ABŞ-ın İran əleyhinə sanksiyalarından amanda qalması üçün əlindən gələn hər şeyi edəcək.
Aksoy həmçinin, ABŞ Konqresində Türkiyəyə F-35 qırıcılarının satışını əngəlləmək üzrə qanun layihəsinin gündəmə gətirilməsinə işarə edərək, deyib: Bu layihənin icrası Ankaranın ciddi reaksiyası ilə üzləşəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Amerika digər ölkələr qarşısındakı öhdəliklərinə əməl etməlidir.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi də son zamanlar CNN kanalı ilə müsahibədə Vaşinqtonun nüvə anlaşmasından çıxmasına və İrana qarşı nüvə sanksiyalarını bərpa etməsinə reaksiya olaraq Türkiyənin öz iqtisadi maraqları çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı çıxacağını demişdi.

Şərh yaz


Məxfi kod
Yenilə