Cümə, 25 May 2018 18:05

Trampın Kim Çen İn ilə görüşü ləğv etməsi qabaqlayıcı addım idi

Trampın Kim Çen İn ilə görüşü ləğv etməsi qabaqlayıcı addım idi

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri Kim Çen İn-i qabaqlamaq məqsədi ilə onunla görüşünü ləğv etdi.

Hill yazır: ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri Kim Çen İni qabaqlamaq üçün onunla görüşü ləğv etdi.

ABŞ Konqresinin rəsmi mətbuat orqanının internet səhifəsində yer alan və Maks Qrinvud tərəfindən qələmə alınmış analitik yazıda deyilir: Məlumatlara görə, Tramp Şimali Koreyanın onun Kim Çen İn ilə planlaşdırılmış görüşünü ləğv edəcəyindən nigaran olduğu üçün, Kim Çen İnə belə bir fürsət verməmək üçün, onu qabaqlamaq və görüşü özü ləğv etmək qərarına gəlib.

Nyu-York Tayms qəzeti də yazır: ABŞ Vaşinqton və Pxenyan arasındakı müzakirə gedişini çıxılmaz vəziyyət ilə üzləşdirməklə öz təzyiq vasitələrini də itirmiş olur.

Şərh yaz


Məxfi kod
Yenilə