Cümə axşamı, 24 May 2018 13:21

ABŞ-ın BMT nümayəndəsinə sərt etiraz: “Əlində fələstinlilərin qanı var”

ABŞ-ın BMT nümayəndəsinə sərt etiraz: “Əlində fələstinlilərin qanı var”

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Hyuston Universitetində çıxışı vaxtı İsrail rejiminin Qəzzadakı qətliamı ilə bağlı mövqeyinə görə etirazla qarşılaşıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Donald Tramp rəhbərliyində İsrail rejiminin ən güclü müdafiəçilərindən biri olan Heyliyə, Universitetin tribunasından çıxış etməyə imkan verilməyib. Üzərində Fələstin yazılı qolsuz köynək geyən bir tələbə ayağa qalxaraq, “Nikki Heyli, əllərində qan var. Soyqırımda iştirak etməyə davam edirsən. Terrorçuların və müstəmləkəçilərin cinayətinə şəriksən”, deyərək etiraz edib.

Heyli etiraz edən tələbəyə zaldan alqışlarla dəstək gəlməsindən sonra, xeyli sayda tələbə ayağa qalxaraq, “Nikki, Nikki silsiləvi cinayət törətdiyini görmürsənmi?”, “Nikki, Nikki gizlədə bilməzsən, soyqırıma imza atdın” şüarlarını səsləndiriblər. Fələstinə dəstək verən tələbələr, Facebook-dan da yazılı bir açıqlama verərək, Heylinin Fələstin xalqına qarşı aşkar ayrı-seçkilik etməkdə və dünyadakı haqsızlıqları görməməzliyə vurduğunu bildiriblər.

Nikki Heyli İsrail rejiminin Qəzzadakı soyqırımı ilə bağlı istintaqın aparılmasına mane olmaqda ittiham edən tələbələr, Heylinin özünü İsrail rejimi əleyhinə səsləri susdurmağa həsr etdiyini də söyləyiblər.

Xatırladaq ki, Heyli BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışında, Qəzzadakı etiraz aksiyalarında İsrail rejiminin özünü müdafiə etdiyini və maksimum təmkinlik göstərdiyini deyib.

Şərh yaz


Məxfi kod
Yenilə