Cümə axşamı, 24 May 2018 13:09

ATƏT Türkiyə seçkiləri haqda mövqeyini bildirib

ATƏT Türkiyə seçkiləri haqda mövqeyini bildirib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Türkiyədə bərabərhüquqlu seçki təbliğatının yaradılmasını istəyib.

İRİB-in Cümhuriyyət qəzetinə istinadla verdiyi məlumata görə, ATƏT bildirib: Türkiyədə növbəti seçkilərdə beynəlxalq müşahidəçilərin sayı artacaq. 

Türkiyə hökuməti ATƏT-dən 24 iyun 2018-ci il prezident və parlament seçkilərinə nəzarət etmək üçün öz müşahidəçilərini Türkiyəyə göndərməsini istəyib. 

ATƏT-in Demokratik və İnsan Haqları Təsisatlar Bürosu bir hesabat verərək bildirib: Bu təşkilat 28 nəfərin uzun müddətə, 350 nəfərin isə qısa müddətə Türkiyə parlament və prezident seçkilərinə nəzarət etməsini təklif edib. 

ATƏT DİHTB iddia edib ki, Türkiyə hökuməti təşkilatın tövsiyələrini yerinə yetirməyib və seçki qanunlarını böyük ölçüdə partiyalar arasında əməkdaşlıqları gücləndirmək yolu üzərində maneə yaradan istiqamətə dəyişib. 

Avropa Şurası Parlament Assambleyasının Nəzarət Komissiyası da iddia edib ki, Türkiyədə fövqəladə vəziyyətdə seçkilərin keçirilməsi bu birliyin meyarlarına ziddir. 

2016-cı ildə Türkiyədə uğursuz dövlət çevrilişindən sonra bu ölkə hökuməti təhlükəsizlik və stabilliyin bərpa olunması məqsədilə fövqəladə vəziyyət elan etmişdir. 

Şərh yaz


Məxfi kod
Yenilə