Cümə axşamı, 26 Aprel 2018 21:55

Çin qəti şəkildə nüvə anlaşmasına dəstək verib

Çin qəti şəkildə nüvə anlaşmasına dəstək verib

Çin ABŞ-ın qəbuledilməz hərəkətlərindən və nüvə anlaşmasındakı öhdəliklərinin icrasından boyun qaçırmasından təəsüflənibdir.

Çin ümumi təhlükəsizlik naziri Qo Şenkun Soçi şəhərində keçirilən 9-cu təhlükəsizlik konfransında deyib: Çin nüvə anlaşmasını imzalamış yeddi ölkədən biri kimi, nüvə anlaşmasına dəstək üzrə qətiyyətli mövqeyini və bu anlaşmanın bütün tərəflərinin öz öhdəliklərinə sadiq qalmaları vacibliyini vurğulayır.

Çin ümumi təhlükəsizlik naziri söyləyib: Amerika regiondakı təhlükə amillərinə gizli şəkildə dəstək verən bir ölkə kimi İran, Çin və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bu üç ölkəni məhdudlaşdırmaq və onlara zərbə vurmaq ardıncadır.

İranın İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniyanın təşkil etdikləri 5+1 qrupu ilə nüvə anlaşması 2016-cı ilin yanvarından etibarən icra olunur, amma 5+1 qrupunun üzvü olan ABŞ hökuməti daim nüvə anlaşmasının icrasında sədaqətsizlik edir.

ABŞ prezidenti Donald Tramp mayın 12-də İrana qarşı sanksiyaların dayandırılmasının uzadılması və nüvə anlaşmasının icrasının davam etməsi barədə öz qərarını elan etməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə