Cümə axşamı, 26 Aprel 2018 21:55

Almaniya nüvə anlaşmasının qorunmasına dəstək verib

Almaniya nüvə anlaşmasının qorunmasına dəstək verib

Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ prezidentinin birbaşa şəkildə İranla nüvə anlaşmasını tənqid etməsinə rəğmən, hazırkı anlaşmaya öz dəstəyini elan edibdir.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Rayner Breul bildirib ki, İranla nüvə anlaşmasının qorunması ən yüksək prioritetdə durur.

Breul yeddi ölkə və Avropa Birliyi tərəfindən imzalanmış və bütün tərəflərin razılığı olmadan dəyişə bilinməz nüvə anlaşmasına işarə edərək, deyib ki, yeni nüvə anlaşması masa üzərində duracaq bir seçim deyildir.

Almaniyanın Xarici İşlər Nazirliyi həmçinin Rusiyanın İranla nüvə anlaşması barədə yenidən müzakirə üzrə Fransa və ABŞ-ın təkliflərinə cavab olaraq, tutduğu mövqeyinə dəstək veribdir.

Breul bildirib ki, Berlin hazırkı anlaşmanın mətnində dəyişikliklərlə müxalifdir, amma məsələnin həlli üçün düzgün prosesin tapılmasına kömək edə bilər.

Şərh yaz


Məxfi kod
Yenilə